Əsas Səhifə > Hadisə > Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var


18-04-2024, 09:36


Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, İslam Yusifovun sükanı arxasında olduğu "Toyota Prius" markalı avtomobil Rövşən Abbasovun idarə etdiyi "Azİnşaat" MMC-yə məxsus "MAN TGA" markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşub. Nəticədə İslam Yusifov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.


Geri qayıt