Əsas Səhifə > Siyasət > Komitə sədri: Beynəlxalq platformalarda Rusiya sülhməramlılarının Azərbaycandan çıxmayacağını deyirdilər

Komitə sədri: Beynəlxalq platformalarda Rusiya sülhməramlılarının Azərbaycandan çıxmayacağını deyirdilər


17-04-2024, 16:34


Hamının “mümkünsüz” dediyi şey bir daha Azərbaycanda “mümkün” oldu.

Bunu Şəffaflıq.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi barədə xəbəri şərh edərkən deyib.

O qeyd edib ki, beynəlxalq platformalarda ünsiyyətdə olduqları xarici deputat və diplomat həmkarlarının hamısı Azərbaycanın bunu edə bilməyəcəyi, Rusiya qüvvələrinin Qarabağdan çıxmayacağını bildirirdilər: “Biz isə cavabında “yaşayarıq, görərik” deyirdik. Və hər kəs gördü. Hamının “mümkünsüz” dediyi şey bir daha Azərbaycanda “mümkün” oldu. Həm də, dost qalaraq, milli maraqları tam təmin edərək”.


Geri qayıt