Əsas Səhifə > Manşet > AZAL-ın Bakıdan Dubaya uçan təyyarəsi hava şəraiti səbəbindən geri qayıdıb

AZAL-ın Bakıdan Dubaya uçan təyyarəsi hava şəraiti səbəbindən geri qayıdıb


17-04-2024, 13:38


“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub.

Bildirilib ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün

[email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.

Şəffaflıq.az


Geri qayıt