Əsas Səhifə > Hadisə > Bakıda Lerik sakini siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlanıb
Bakıda Lerik sakini siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlanıb7-04-2024, 08:50 |
Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb. “Report”un məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər. Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Raul Məmmədov “Report”a açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb. Hadisənin təfərrüatı araşdırılır. Şəffaflıq.az Geri qayıt |