Əsas Səhifə > SİYASƏT > Xocalı şəhidinin bacısı: Ermənilər ev-eşiyimizi yandırdılar, çıxmadıq
Xocalı şəhidinin bacısı: Ermənilər ev-eşiyimizi yandırdılar, çıxmadıq6-04-2024, 13:59 |
Ermənilər ev-eşiyimizi yandırdılar, çıxmadıq. Şəffaflıq.az xəbər verir ki, bunu Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan və bu gün Bakıda dəfn olunan Vaqif Məhərrəmovun bacısı Sevda Xanlarova deyib. O, 1988-ci ildə Xankəndidə yaşadıqlarını bildirib: "Ermənilər ev-eşiyimizi yandırdılar, çıxmadıq, ancaq daha sonra Xocalıya getdik. Qardaşlarım çox əziyyət çəkdilər, torpaqlarımızı müdafiə etmək üçün orduya yazıldılar". S.Xanlarova 1992-ci fevralın 26-dan sonra Vaqif və həyat yoldaşından xəbər ala bilmədiklərini söyləyib: "Onların Xocalı soyqırımı zamanı şəhid olduqlarını anladıq. Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb. Hamısına öz övladımız kimi baxmışıq, böyütmüşük. İndi isə övladları ilə birlikdə onların qalıqlarını dəfn edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin". Geri qayıt |