Əsas Səhifə > Hadisə > Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb


5-04-2024, 10:09


Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, 20-ci sahə deyilən ərazidə dava zamanı 29 yaşlı Nicat İsmayılov tanışı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində 1 ədəd kəsilmiş-deyilmiş daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt