Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda taksilərə 8 il məhdudiyyətinin tətbiqi qaydaları açıqlanıb
Azərbaycanda taksilərə 8 il məhdudiyyətinin tətbiqi qaydaları açıqlanıb3-04-2024, 12:13 |
Bu ilin iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, iyulun 1-dək müraciət edənlərə bu tələb tətbiq edilmir. Nümunə olaraq qeyd olunub ki, avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman 3 illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq. Geri qayıt |