Əsas Səhifə > Hadisə > Xocalıda qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi keçirilib

Xocalıda qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi keçirilib


31-03-2024, 12:35


Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin dəfn mərasimi keçirilib.

Bu barədə “Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

Soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəffaflıq.az


Geri qayıt