Əsas Səhifə > Region > İran kredit üçün Rusiya hökumətinə MÜRACİƏT EDİB

İran kredit üçün Rusiya hökumətinə MÜRACİƏT EDİB


24-11-2019, 10:36

 

“İran elektrik stansiyası, dəmir yolları tikmək və metro vaqonları almaq məqsədilə Rusiya hökumətinə 2 milyard dollar həcmində kreditə üçün müraciət edib”.

APA TASS-a istinadla xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak deyib.

O bildirib ki, İranın müraciəti müəyyən layihələri həyata keçirmək məqsədilə edilib: “Bununla bağlı Maliyyə Nazirliyi məsələyə baxır. İstənilən vəsait təxminən 2 milyard dollar həcmindədir”.

Rusiya energetika nazirinin sözlərinə görə, İrana əvvəllər verilən kreditlərlə birlikdə hazırkı müraciəti də nəzərə alsaq, bu rəqəm 5 milyard dollar edir: "İran tərəfi ümumi həcminin 5 milyard dollara çatmasını xahiş edib".

Şəffaflıq.az
Geri qayıt