Əsas Səhifə > Sosial > Respublika üzrə pensiyalar ödənilib

Respublika üzrə pensiyalar ödənilib


15-03-2024, 22:43


Azərbaycanda pensiyaların ödənişi yekunlaşıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Şəffaflıq.az


Geri qayıt