Əsas Səhifə > SİYASƏT / Dünya > Ermənilərin işi qəlizə düşür - ABŞ-dan İrəvana bəd xəbər
Ermənilərin işi qəlizə düşür - ABŞ-dan İrəvana bəd xəbər23-11-2019, 09:25 |
![]() Şəffaflıq.az xarici qaynağa istinadən xəbər verir ki, onlar müzakirə iştirakçılarına Osmanlı İmperiyasında ABŞ-ın səfiri olmuş Henri Morqentaunun və digər amerikalı diplomatların guya saxta soyqırımı təsdiqləyən qeydlərini təqdim ediblər. Ancaq Corcia ştatından olan respublikaçı senator Devid Perdyü çıxış edərək, öz həmkarı Lindsi Qremin mövqeyini müdafiə edib və o da qətnamə layihəsinə veto qoyub (Ərdoğanın ABŞ səfəri zamanı sənəd layihəsini ilk olaraq senator Qrim bloklamışdı). “Prezident Administrasiyası Tramp-Ərdoğan görüşünün yekunları əsasında Türkiyə rəhbərliyi ilə əməkdaşlığı davam etdirir. Belə diplomatik səylər fonunda mən bu qərarın İNDİ (seçdirmə bizimdir - ”YM") qəbul olunmasının əleyhinəyəm", - deyə o qeyd edib. ![]() Lakin hələ o halda da saxta soyqırım məsələsinin yuxarı palatada asanlıqla təsdiq ediləcəyi və ya “Ərdoğanın heyranı” Tramp tərəfindən dərhal imzalanacağı anlamına gəlmir. Çünki ABŞ Türkiyəyə lazım olduğu qədər, Türkiyə də ABŞ-a, NATO-ya lazımdır. Bunu ABŞ “dərin dövləti” bilir. Onu da bilməmiş deyil ki, Ankara ilə əlaqələri tam qırılma nöqtəsinə gətirmək, Türkiyəni itirmək müstəsna olaraq Rusiyanın maraqlarına işləyəcək və Kremlin Yaxın Şərqdə, postsovet məkanında dayaqlarını bir az da möhkəmlədəcək, onun əlini gücləndirəcək. Qısası, “erməni kartı” tezliklə yeşiyin uzaq küncünə atılmazsa, ən çox itirən ABŞ olacaq. ![]() Həmçinin NATO-da belə xoşagəlməz perspektivi görür, düzgün hesablaya bilirlər. Bunu alyansın baş katibi Yens Stoltenberqin son Türkiyə səfəri və səfər çərçivəsində söylədikləri də sübut edir. Türkiyə mövzusuna, Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatına toxunan baş katib deyib: “Bütün müttəfiqlər əməliyyatı tənqid etdi, amma kimsə Türkiyənin NATO-dakı rolunu xatırlatmadı. Türkiyə müttəfiqlərinin hərbi bazadan istifadəsinə imkan yaratmaqla İŞİD-lə mübarizəyə qatıldı. NATO təməlli Türkiyə Suriya və İraq sərhədində yeganə ölkədir. 3,6 milyon qaçqın suriyalını qəbul edib. Türkiyə NATO üçün çox əhəmiyyətlidir. Bunu anlamaq üçün xəritəyə baxmaq və Türkiyənin geostrateji vəziyyətini təhlil eləmək yetərlidir”. Stoltenberq Norveç, İslandiya, Türkiyə, ABŞ, Kanada və İngiltərənin Avropanın təhlükəsizliyində əhəmiyyətli rol oynadığını da qeyd edib. Bu, gerçəkdən də belədir. Təkcə ona görə yox ki, qardaş ölkə Alyansın münaqişə bölgəsi ilə həmsərhəd olan tək ölkəsidir və NATO üzvlərinin təhlükəsizliyi baxımdan çox qiymətli “bufer” rolu oynayır, həm də o səbəbə ki, Avropaya regiondan böyük qaçqın axınını (onların arasında təbii ki, terrorçular da həmişə olacaq) önləyən vazkeçilıməz regional supergücdür. ***** ![]() Türkiyənin NATO ilə, ABŞ-la üzülüşməsi bu iki Güney Qafqaz ölkəsi və xalqlarının da Qərbdən, NATO və ABŞ-dan bədgüman olub uzaqlaşmasına gətirə bilər. Nəticə etibarilə Rusiyanın regiona, Azərbaycan və Gürcüstana təsir rıçaqlarını artırar. Doğrudur, bəzi ehtimallara görə, Ankaranın Moskva ilə daha da yaxınlaşması bu iki paytaxtın Qarabağ konfliktinin dinc həllində mühüm ortaq addımların atmasına gətirə bilər. Ancaq belə bir şey olsa da, o halda yenə Qərb, ABŞ bölgə ilə bağlı uduşda olmayacaq. ![]() İkincisi isə cəza və ya sanksiyalar üçün Xolokost məsələsində olduğu kimi BMT-nin qurumu olan Beynəlxalq Məhkəmənin (Haaqa Tribunalının) müvafiq qərarı olmalıdır. Belə bir qərar da yalnız tarixi araşdıran xüsusi komissiyanın, canlı şahidlərin və yetərli sayda başqa dəlil-sübutların olması halında mümkündür. Ermənilərin ən zəif yeri də elə budur. Boş yerə onlar Türkiyənin təklif elədiyi ortaq komissiya yaratmaq təklifindən qaçmırlar ki. Dairə qapandı... “Yeni Müsavat” Geri qayıt |