Əsas Səhifə > Hadisə > Səfərbərlik Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb
Səfərbərlik Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb1-03-2024, 09:54 |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb. Şəffaflıq.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. Müvafiq əmrlə Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlsafa Məmmədov işdən azad edilərək, sərəncama götürülüb. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib. Geri qayıt |