Əsas Səhifə > Region > Türkiyədə karqo gəmisi batıb, axtarış-xilasetmə tədbirləri həyata keçirilir

Türkiyədə karqo gəmisi batıb, axtarış-xilasetmə tədbirləri həyata keçirilir


15-02-2024, 10:22


Türkiyənin Marmara dənizində karqo gəmisi batıb.

Şəffaflıq.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Balıkesir şəhəri yaxınlığında baş verib.

Gəmidə altı nəfərin olduğu bildirilir. Hazırda üç gəmi ilə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Məlumata görə, ərazidə dalğanın hündürlüyü üç metrə qədərdir.


Geri qayıt