Əsas Səhifə > Dünya > “Aksiyalarda həbs edilənlər edam olunacaqlar”

“Aksiyalarda həbs edilənlər edam olunacaqlar”


19-11-2019, 22:15
 İranin dini lideri Ayətullah Əli Xameneyiyə yaxın “Keyhan” qəzeti gözlənilməz iddia ilə çıxış edib.
Qəzetdəki məlumatlara əsasən, benzinin qiymətinin artımına qarşı başlanmış aksiyalara liderlik edənləri edam cəzası gözləyir:
“Ölkədəki xaosun liderlərini edam gözləyir. Xaosçuların etdiyi əməl “üsyan”dır və cəzası hüquqi, o cümlədən şəriət qanunlarına əsasən edamdır”.
Qeyd edək ki, iddialara görə etirazlar zamanı həbs edilənlər istintaq gedişində aksiya təşkil etmək qarşılığında pul aldıqlarını etiraf ediblər. \\Qafqazinfo”
Geri qayıt