Əsas Səhifə > İdman > Arvadı Elçin Əlibəylini döyüb, xəstəxanalıq edib

Arvadı Elçin Əlibəylini döyüb, xəstəxanalıq edib


19-11-2019, 17:37
 Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.
Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.
Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt