Əsas Səhifə > SİYASƏT > Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb
Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb9-01-2024, 20:00 |
Bu günə qədər növbədənkənar Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı məlum olub. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Sədr, həmçinin əlavə edib ki, MSK-da 242, dairə seçki komissiyalarında isə 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib. Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Geri qayıt |