Əsas Səhifə > Mədəniyyət > Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb

Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb


7-01-2024, 23:51


Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi sabah saat 11:00-da Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək.

Bu barədə sənətçinin yaxınları bildirib.

Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist ötən gecə Türkiyədə xəstəxanada vəfat edib.

Şəffaflıq.az


Geri qayıt