Əsas Səhifə > Dünya > Suriyanı qana bulayan ailə Moskvada milyonluq mənzillər alır və Avropada kef-səfa sürür - FOTOLAR
Suriyanı qana bulayan ailə Moskvada milyonluq mənzillər alır və Avropada kef-səfa sürür - FOTOLAR16-11-2019, 19:16 |
![]() Şəffaflıq.az xəbər verir ki, bu informasiya Almaniyanın “Der Spiegel” jurnalının yazısında qeyd olunub. Jurnalist Raniya Salumun qələmə aldığı məqalədə 22 yaşlı Məhəmməd Rami Məhluf və onun kiçik qardaşı Əli Rami Məhlufun haradan gəldiyi bəlli olmayan pullar hesabına aldıqları bahalı maşınları, elit kurortlardakı səfalarını “instagram”da nümayiş etdirməkdən çəkinmədiyi qeyd olunur. Məsələn ötən il gənclərin Mikonos, Sen-Trope, Monte-Karlodakı görüntüləri, habelə Suriya sahillərində akvabayk (su velosipedi) ilə gəzintiləri hər kəsin diqqətini cəlb edib. “Əksər hissəsinin qan çanağına döndüyü, insanların hədsiz kasıblıq həddinə çatdığı, kimyəvi silahlarla məhv edildiyi bir ölkədə hakimiyyətə yaxın, varlı adamların işləri yağ kimi gedir,”-deyə yazıda vurğulanır. Ümumiyyətlə Əsəd və Məhluf ailələri rejimin nüvəsi sayılır. Hər iki ailə 1958-ci ildə Hafiz Əsədin Ənisə Məhlufla evlənməsindən sonra qohumluq bağlarına malikdir. Məhz bundan sonra Əsəd və Məhluflar ordu, xüsusi xidmət və iqtisadiyyatda əsas söz sahibinə çevriliblər. ![]() Klanın bəhs olunan məzillləri 2013-2016-cı illərdə aldığı qeyd olunur. Bununla bağlı Global Witness qeyri-hökumət təşkilatının xüsusi hesabatı mövcuddur. “Suriya rejimi bununla Moskvadan beynəlxalq kapitala yol tapmaq üçün istifadə edir”,-deyə Der Spiegel in məqaləsində bildirilir. “Rami Məhluf özü Əsəd rejimin korrupsiya simvollarından sayılır. Müharibəyə qədər o, iqtisadiyyatın yarısına nəzarət edib. Ölkədə işlək bütün müəssisələrdə onun məcburi payı olub”,-deyə müəllif vurğulayır. ![]() Bərpa işlərinə isə on milyardlarla dollar pul cəlb edilə bilər.... Musavat.com ![]() ![]() Geri qayıt |