Əsas Səhifə > Region > Türkiyə Suriyada yeni hərbi baza inşa edir

Türkiyə Suriyada yeni hərbi baza inşa edir


14-11-2019, 17:24

 

Türkiyə Suriyanın Ras-əl-Eyn şəhərinin yaxınlığında  yeni hərbi bazanın inşasına başlayıb.

Şəffaflıq.az Türikiyə KİV-nə istinadən xəbər verir ki, hərbi baza əl-Havas kəndində yerləşəcək.

Artıq hərbi bazanın tikintisi Suriya rəsmilərinin narazılığına səbəb olub. Onlar “Barış Pınarı” əməliyyatı zamanı Türkiyə ordusunun nəzarətə götürdüyü şəhərdə hərbi bazanın tikintisini təhlükəli addım sayırlar.
Geri qayıt