Əsas Səhifə > Dünya > Məşhur qəzetin baş redaktoru QADIN OLACAQ

Məşhur qəzetin baş redaktoru QADIN OLACAQ


12-11-2019, 22:54

 

“Financial Times”ın 24 illik işçisi Rula Xələf qəzetin baş redaktoru postuna keçəcək.

Şəffaflıq.az xarici KİV-ə isitnadən xəbər verir ki, Xələf 15 illik baş redaktor Layonel Barberi əvəz edəcək. Barber növbəti ilin əvvəlindən vəzifəsindən gedəcək.

Qeyd edək ki, Rula Xələf 1995-ci ildən “Financial Times”da işləyir. 2016-cı ildə baş redaktorun müavini təyin olunub. Qəzetin məxsus olduğu “Nikkei” media şirkətinin rəhbəri Tsuneo Kita Rula Xələfin işinin öhdəsindən uğurla gələcəyinə əminliyini bildirib.
Geri qayıt