Əsas Səhifə > Maraqlı > Günün qoroskopu: 12 noyabr
Günün qoroskopu: 12 noyabr12-11-2019, 00:10 |
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir Qoç - O qədər də yaxşı gün deyil. Səhər ətrafınızdakılarla qovğa edəcək, mübahisələri ürəyinizə salacaqsınız. Bir çox Qoçlar bu gün yaman küsəyəndirlər. Yaxınları isə bunun fərqinə varanda artıq iş-işdən keçmiş olacaq. Sevgililər arasında mübahisələr çox xırda məsələlər üstündə yaranır. Buğa - Bu gün dünənkindən yaxşıdır, amma o qədər də parlaq deyil. Emosional fon gərgindir, əhvalınız dəqiqəbədəqiqə dəyişir, heç özünüz də bilmirsiniz, nəyə sevinir, nəyə kədərlənirsiniz. Günorta ünsiyyət üçün ən çətin vaxtdır, özünüzdən baş açmadığınız üçün də ətrafınızdakılarla mübahisələr edirsiniz. Əkizlər - Gələcək planlarınızı bir daha gözdən keçirmək üçün əla gündür. Çox güman ki, nələrisə dəyişmək qənaətinə gələcəksiniz. İşgüzar danışıqlar əla keçir, xüsusilə qadınlarla: onları sözsüz də başa düşür və özünüzün haqlı olduğunuza bir-iki dəqiqənin içində inandırırsınız. Xərçəng - Bu gün sizə böyük müvəffəqiyyətlər vəd edir. Mürəkkəb məsələləri çox qısa bir zamanda həll edə bilərsiniz. Çoxdan üzərində düşündüyünüz plan və ideyalarınızı reallaşdırmağa başlaya bilərsiniz. Bunun üçün əla şərait yaranıb. Nüfuzlu şəxslərlə ünsiyyət qurmaq olar. Şir - İş üçün, xüsusilə də entuziazm və səy tələb edən iş üçün elə də münasib gün deyil. İşgüzarlığınız sıfır həddindədir, hərdən nəinki iş görməyə, hətta düşünməyə də tənbəllik edirsiniz. Amma cari işlərin öhdəsindən asanlıqla gəlirsiniz - sadəcə, vərdiş hesabına. Fikriniz isə başqa yerdədir. Qız - Sözlərinizdə diqqətli olun. Nə qədər anlaşılmaz danışsanız, bir o qədər yaxşıdır. Birbaşa suallara konkret cavab verməkdən çəkinin. Bu gün ağzınızdan çıxan hər bir kəlmədən əleyhinizə istifadə edə bilərlər. Hətta tam etibarlı hesab etdiyiniz insanla da söhbət edərkən ehtiyatı əldən verməyin, sirlərinizi açmayın. Tərəzi - Müsbət tendensiyaların təsiri bu gün çox güclüdür, amma onlardan istifadə etməyə tələsin. Çünki axşama doğru onlar tamamilə yoxa çıxa bilər. Bu günə istənilən xarakterli görüş təyin edə bilərsiniz. Ancaq bunların hamısına ciddi hazırlaşın. İti ağlınıza və improvizasiya etmək qabiliyyətinizə o qədər də güvənməyin, bu gün fikriniz "Bağdadda xurma dərir". Əqrəb - Cəsur və riskli ideyanız həddən artıq uğurlu alınır. Sizə bir zamanlar fantastik görünən bir planı reallaşdıra bilərsiniz. Rəqibləriniz paxıllıqdan çatlayır, tərəfdaşlarınız isə həvəslə sizin liderliyiniz altında çalışırlar. Müvəffəqiyyət başınızı azacıq gicəlləndirsə də, bundan sonranı düşünməyi də unutmursunuz. Yeni, daha yüksək və layiqli məqsədlər təyin edirsiniz. Oxatan - Düzgün qərarlar qəbul edərək onları həyata keçirməyin vaxtı gəlib çatdı. Hələlik gələcək uğurlarınız üçün baza yaradırsınız. Amma nə qədər vacib olduğunu nəzərə alaraq bunu ciddi şəkildə həyata keçirməkdəsiniz. Sənədlərin hazırlanmasında çox diqqətli olun: bu gün buraxdığınız cüzi bir səhv gələcəkdə çox böyük və ciddi problemlər yarada bilər. Oğlaq - Hər şey əladır. Həvəslisiniz, çətin problemlərin öhdəsindən asanlıqla gəlir, bir çox suallara cavab tapırsınız. Bəzən başqalarının işlərini də görməli olursunuz, amma şikayət etmirsiniz, ətrafdakılara yardım etmək xoşunuza gəlir. Dolça - Yaxşı olar ki, bu günü sakitlikdə keçirəsiniz, stresli şəraitlərdən qaçın, əsəb sisteminizi yükləməyin. Gününüzü planlaşdırarkən bu məqamları mütləq nəzərə alın: əgər hər dəqiqə tələssəniz, tamamilə lazım olmayan məqamda "partlaya" bilərsiniz. Dincəlmək və güc toplamaq üçün özünüzə vaxt ayırın. Geri qayıt |