Əsas Səhifə > Gündəm / REGİON / Cəmiyyət > Dövlət bayrağı günü Şamaxıda da təntənəli qeyd edilib.-FOTOLAR
Dövlət bayrağı günü Şamaxıda da təntənəli qeyd edilib.-FOTOLAR9-11-2019, 01:34 |
![]() Şəffaflıq.az xəbər verir ki, yürüş Şamaxı rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Şamaxı rayon YAP Gənclər Birliyi, və Şamaxı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.Keçirilən yüyrüşdə Şamaxı rayon ictimayyəti və gəncləri bayrağa olan sevgilərini öz fəallıqlarıyla bir daha nümayiş etdiriblər. Bayraq Yürüşündə 2000 nəfərə yaxın Şamaxı gənci iştirak edirdi. Böyük sevinc, coşğu və vətənpərvərlik hissləri ilə keçirilən Bayraq yürüşü Şamaxı gənclərinin dövlətimizə, dövlətçiliyimizə və Bayrağımza sonsuz sevgisini bir daha əks etdirdi. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Yüyrüş iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstləri düzmüşlər. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Ardınca Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində tədbir davam etdirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbir iştirakçılarını salamlayaraq bayram münasibəti ilə təbrik etmişdir. ![]() ![]() ![]() ![]() İcra başçısı xüsusi qeyd etmişdir ki, dövlət rəmzləri Azərbaycan xalqının və Prezidentinin daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində hər bir azərbaycanlının qürur duyacağı “Dövlət bayrağı meydanı” yaradılmışdır. Natiq məhz bu günün də dövlət səviyyəsində bayram kimi qeyd edilməsinin Prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamı ilə bağlı olduğunu bildirmişdir. Yürüşün sonunda Şamaxı İncəsənət Təhsili Mərkəzində yürüş iştirakşılarına Azərbaycan Respublikasının Dövlət Bayrağının yaranma tarixindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.![]() ![]() ![]() ![]() Dəyanət İsmayılov Şamaxı: Şəffaflıq.az Geri qayıt |