Əsas Səhifə > İdman > Azərbaycanın daha bir pauerliftinqçisi dünya çempionu olub

Azərbaycanın daha bir pauerliftinqçisi dünya çempionu olub


22-08-2023, 18:58


Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Milli Paralimpiya Komitəsindən  verilən məlumata görə, bu dəfə Zəhra Dadaşova 2 qızıl medal qazanıb.

İdmançı +55 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (223 kq) buna nail olub.

Qeyd edək ki, daha əvvəl Leyla Kərimova (+86 kq) 2 qızıl, Talıb Zeynalov (+107 kq) isə 2 gümüş medal qazanıb.

Şəffaflıq.az


Geri qayıt