Əsas Səhifə > Region > İranda saxlanılan Şərur sakinləri sərbəst buraxılıblar

İranda saxlanılan Şərur sakinləri sərbəst buraxılıblar


19-08-2023, 17:10


Mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri sərbəst buraxılıblar.

Bu barədə “Report”un Naxçıvan bürosuna onların ataları məlumat verib.

Bildirilib ki, rayon sakinləri - Vüsal Quliyev və Rövşən Seyidov ötən gün 5 ay saxlanıldıqları həbsxanadan sərbəst buraxılıb.

Həmin şəxslər artıq Vətənə qayıdıblar.

Şəffaflıq.az



Geri qayıt