Əsas Səhifə > İdman > Azərbaycan voleybol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan voleybol millisi Avropa çempionatına qələbə ilə başlayıb


19-08-2023, 00:00


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.

Şəffaflıq.az -ın məlumatına görə, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı asanlıqla məğlubiyyətə uğradıb.

Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibi üstələyiblər - 3:0 (25:21, 25:10, 25:15).

Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Geri qayıt