Əsas Səhifə > Region > Zelenski Milli Təhlükəsizlik Şurasının səyyar toplantısını keçirib

Zelenski Milli Təhlükəsizlik Şurasının səyyar toplantısını keçirib


27-07-2023, 16:37


Ukrayna Prezidenti Volodimir Zelenski Dnepr şəhərində Milli Təhlükəsizlik Şurasının (Stavkanın) səyyar toplantısını keçirib.

Şəffaflıq.az xəbər verir ki, bunu dövlət başçısı teleqram kanalında yazıb.

İclasda cəbhədəki vəziyyət və əks-hücumun gedişi müzakirə olunub.

Yığıncaqda Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general-leytenant Valeri Zalujnı, Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski və “Tavriya” Qoşunları Qrupunun komandanı briqada generalı Oleksandr Tarnavskinin məruzələri dinlənilib.

İclasda Ukrayna Hava Hücumundan Müdafiə sistemlərinin istifadəsi və gücləndirilməsinin səmərəliliyi nəzərdən keçirilib.


Geri qayıt