Əsas Səhifə > Cəmiyyət > Olimpiya çempionuna vəzifə verildi - FOTO

Olimpiya çempionuna vəzifə verildi - FOTO


8-07-2023, 12:48


Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.

Prosport.Az-ın xəbərinə görə, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.

O, qızlardan ibarət U-17 və U-20 millilərimizə böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib.

Qeyd edək ki, T. Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir.



Şəffaflıq.az


Geri qayıt