Əsas Səhifə > SİYASƏT > Amerikalı səyyah: “Azərbaycan bu illər ərzində çox dəyişib”

Amerikalı səyyah: “Azərbaycan bu illər ərzində çox dəyişib”


14-06-2023, 14:17


“Azərbaycan bu illər ərzində çox dəyişib, bu gün ölkəni tanınmaq mümkün deyil”.

Bunu “Report”a açıqlamasında amerikalı səyyah Ron Borkbruk bildirib.

Onun sözlərinə görə, SSRİ dönəmində və ötən ilin sentyabrında Azərbaycanda olub:

“Bu gün Azərbaycanı tanımaq mümkün deyil”.

R.Borkbruk beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edib.

“Qarabağa səfərdən qabaq məni nə gözləyəcəyini bilirdim. Burada hər şeyin dağıdıldığı göz qabağındadır. Mən bir çox ölkələrə səfər edirəm. Gördüklərim barədə həmin ölkələrin sakinlərinə də məlumat verirəm”, - o deyib.

Xatırladaq ki, beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.

Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.

Şəffaflıq.az                 


Geri qayıt