Əsas Səhifə > Cəmiyyət > Elm və təhsil naziri Naxçıvanda məzun günündə iştirak edəcək

Elm və təhsil naziri Naxçıvanda məzun günündə iştirak edəcək


14-06-2023, 10:10


Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə keçiriləcək məzun günündə iştirak edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, 2022-23-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini ümumi orta təhsil bazasından 4 677, tam orta təhsil bazasından isə 3 166 şagird bitirir.

Qeyd edək ki, bu gün muxtar respublikanın 212 ümumtəhsil məktəbində son zəng çalınacaq. 

Şəffaflıq.az


Geri qayıt