Əsas Səhifə > Cəmiyyət > Gəncədə torpağa basdırılan silah-sursat aşkarlanıb

Gəncədə torpağa basdırılan silah-sursat aşkarlanıb


10-06-2023, 16:47


Gəncədə silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyevin şəhər ərazisində torpağa basdırdığı 2 ədəd nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 2 ədəd avtomat patronu aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt