Əsas Səhifə > Cəmiyyət > Abşeronda meyvə dolu yük maşını aşdı - VİDEO

Abşeronda meyvə dolu yük maşını aşdı - VİDEO


10-06-2023, 14:53


Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Bakı-Ələt yolunun Qobustandan keçən hissəsində qeydə alınıb.

Sürücü aztonnajlı yük avtomobilinin idarəetməsini itirib və nəqliyyat vasitəsi aşıb. Qoşqudakı meyvələr yola dağılıb. Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Şəffaflıq.az


Geri qayıt