Əsas Səhifə > Maraqlı > Dünya liderləri İnstaqramda: İlham Əliyevin səhifəsi ən məşhurlar arasında... - FOTO

Dünya liderləri İnstaqramda: İlham Əliyevin səhifəsi ən məşhurlar arasında... - FOTO


10-12-2018, 23:41
 BCW (Burson Cohn & Wolfe) qlobal piar-agentliyinin "Dünya liderləri İnstaqramda" araşdırmasına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev postsovet məkanında ən məşhurlar sırasındadır.
Şəffaflıq.az Media.az-a istinadən xəbər verir ki, araşdırma 426 aktiv akkaunt arasında aparılıb. Araşdırmaya görə, il ərzində Azərbaycan prezidentinin səhifəsində 142 post (orta hesabla günə 0,39 post) yerləşdirilib. Onlardan 139-u şəkilli (98 faiz), 3-ü videolu (2 faiz) olub. Ümumilikdə paylaşımlara 1 milyon 40 min 994 bəyənmə gəlib və şərh yazılıb. Son 12 ay ərzində istifadəçilərin sayı 65420 nəfər artaraq, ümumilikdə 236749 nəfərə çatıb.
 
Geri qayıt