Əsas Səhifə > Cəmiyyət > Bakıda Zığ şosesinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

Bakıda Zığ şosesinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO


25-05-2023, 17:46


Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında, qamışlıq sahədə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

13:55

Bakıda qamışlıq ərazi yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Şəffaflıq.az    


Geri qayıt