Əsas Səhifə > Hadisə > Gəncədə beşmərtəbəli yaşayış binasında PARTLAYIŞ

Gəncədə beşmərtəbəli yaşayış binasında PARTLAYIŞ


26-10-2019, 20:21

 

Gəncə şəhərinin Kəpəz rayonunda yanğın baş verib.

Şəffaflıq.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb.

Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri qayıt