Əsas Səhifə > Cəmiyyət > Bakıda qadını avtomobil vuraraq öldürüb

Bakıda qadını avtomobil vuraraq öldürüb


24-05-2023, 11:05


Bakıda qadını avtomobil vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

Tofiq Xeyrəddin oğlu İsgəndərov idarə etdiyi “Ford Transit” markalı avtomobillə piyada Almagül Cəmaləddin qızı Quliyevanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Şəffaflıq.az


Geri qayıt