Əsas Səhifə > Hadisə > Bakı-Şamaxı yolunun Qobustan ərazisindən keçən hissəsində ağır yol hadisəsi baş verib . Ölən və yaralananların adları məlum olub

Bakı-Şamaxı yolunun Qobustan ərazisindən keçən hissəsində ağır yol hadisəsi baş verib . Ölən və yaralananların adları məlum olub


26-10-2019, 17:10
 Hadisə Bakı-Şamaxı yolunun Qobustan ərazisindən keçən hissəsində qeydə alınıb.
Qobustan rayonunda baş verən ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində nəfər ölüb, 3 nəfər yaralanıb.
Şəffaflıq.az xəbər verir ki, hadisə nəticəsində Ağsu rayon sakini, 1966-ci il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu dünyasını dəyişib.
Qəza zamanı Ağsu rayon sakinləri - 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı,1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu isə xəsarət alıblar.  
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.Dəyanət İsmayılov.
Şəffaflıq.az
Geri qayıt