Əsas Səhifə > Dünya > Fətullah Gülənin yaxın qohumu saxlanıldı - FOTO

Fətullah Gülənin yaxın qohumu saxlanıldı - FOTO


26-10-2019, 00:06

 

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin yaxın qohumu Zeynəb Gülən saxlanılıb.

Şəffaflıq.az axar.az-a istinadən xəbər verir ki, 30 yaşlı Z.Gülən İstanbulun Beykoz ərazisində gecə saatlarında şübhəli avtomobildə yaxalanıb.

Z.Gülən əvvəlcə polis əməkdaşlarına saxta şəxsiyyət vəsiqəsi təqdim etsə də, araşdırmalardan sonra onun F.Gülənin qohumu olduğu üzə çıxıb.

Z.Gülən Beykoz Polis İdarəsində dindirildikdən sonra İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təslim edilib.
Geri qayıt