Əsas Səhifə > Hadisə > Ağsuda 2 uşaq anası özünü asdı

Ağsuda 2 uşaq anası özünü asdı


20-10-2019, 23:11

 Ağsu rayonunda intihar hadisəsi baş verib. 
Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün rayonun Bənəcik kəndində qeydə alınıb.
Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA
Geri qayıt