Əsas Səhifə > İdman > Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.


20-10-2019, 23:05
Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.
Şəffaflıq.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

"Neftçi" klubu öz meydanında "Zirə"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 3:0 hesablı qələbəsilə başa çatıb. Günün digər matçında "Sumqayıt" səfərdə "Səbail"i iki cavabsız qolla məğlub edib.

Azərbaycan Premyer Liqasında 8-ci turun nəticələri:

“Səbail” – “Sumqayıt” - 0:2

“Neftçi” – “Zirə” - 3:0

“Keşlə” – “Sabah” - 1:1

Qəbələ” – “Qarabağ” - 1:1

Qeyd edək ki, hazırda “Qarabağ” klubu 22 xalla turnir cədvəlinə liderlik edir.

Geri qayıt