Əsas Səhifə > Cəmiyyət > TƏBİB rəsmisindən qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞ
TƏBİB rəsmisindən qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞ28-04-2023, 15:33 |
“Qızılcadan qorunmağın ən doğru yolu peyvənddir”. Şəffaflıq.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, uşaqlara qızılcaya qarşı vaksin vaxtında vurulmalıdır: “Qızılca yeni xəstəlik deyil. Hər kəsin bu xəstəlik haqqında məlumatı var. Vaksin 1 yaşında olan uşaqlara vurulub. Son zaman yaranan problemin səbəbi koronavirus pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsidir”. Y.Qarayeva qeyd edib ki, qızılcaya böyük yaşlarda yoluxan insanlarda ağır fəsadlara yol aça bilər: “Buna görə də vaxtında vaksinasiya olunmaq məsləhətdir. Həkim məsləhəti olmadan da müalicə olmaz”. Nəzrin Vahid Geri qayıt |