Əsas Səhifə > Cəmiyyət > Qubada 17 yaşlı qız ana oldu
Qubada 17 yaşlı qız ana oldu28-04-2023, 14:04 |
Quba rayonunda 17 yaşlı qız ana olub. Quba rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Seyidovanın Oxu.Az-a verdiyi məlumata görə, aprelin 27-də günorta 13:00 radələrində Xaçmaz rayonunun Gödəkli kənd sakini, 17 yaşlı A.V doğuş üçün xəstəxanaya müraciət edib: “Körpə təbii doğuşla dünyaya gəlib. Ananın vəziyyəti kafidir, uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ananın yetkinlik yaşına çatmadığı dövrdə hamilə qalmasını müəyyən edərək aidiyyəti üzrə polisə məlumat veriblər”. Hazırda hadisə ilə bağlı polis araşdırmalara başlayıb. Qeyd edək ki, Azərbaycanda 17 yaşına çatmamış şəxslərin nikaha daxil olması qanunla qadağandır. Həmçinin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır. Dursun Tağıyeva Şəffaflıq.az Geri qayıt |