Əsas Səhifə > Cəmiyyət > Valentin İvanov: “Heydər Əliyevin səyləri nəticəsində təkcə dəmir yolları deyil, həm də şəhərlər salınıb”

Valentin İvanov: “Heydər Əliyevin səyləri nəticəsində təkcə dəmir yolları deyil, həm də şəhərlər salınıb”


27-04-2023, 17:57


“Heydər Əliyev doğma ölkəsinin çiçəklənməsi və inkişafı üçün çalışıb”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya nəqliyyat nazirinin müavini Valentin İvanov Moskvada “Heydər Əliyevin Baykal-Amur magistral (BAM) xəttinin tikintisində müstəsna rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O xatırladıb ki, bu il Azərbaycan SSRİ-nin rəhbəri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur:

“O, həm də Baykal-Amur magistralının tikintisinə rəhbərlik edən şəxslərdən biri olub. Heydər Əliyevin səyləri nəticəsində minlərlə kilometr dəmir yolu xətti çəkilib, yeni qəsəbələr və şəhərlər salınıb”.

“Bu gün BAM və Trans-Sibir həyat yollarıdır. Onlar aktiv inkişaf edir və 100 faiz istifadə olunur. Biz BAM-ı inkişaf etdirməyə davam edəcəyik”, - nazir müavini bildirib.

O, həmçinin BAM-ın inşaatçılarına və təşkilatçılarına minnətdarlığını ifadə edib.

Şəffaflıq.az


Geri qayıt