Əsas Səhifə > Kriminal > Xadimə həyat yoldaşı ilə birlikdə işlədiyi evi soydu

Xadimə həyat yoldaşı ilə birlikdə işlədiyi evi soydu


27-04-2023, 12:51


Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən 7 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az 


Geri qayıt