Əsas Səhifə > Cəmiyyət > Eyyub Hüseynov: “Köhnə dondurmalar satışa çıxarılıb” - FOTO
Eyyub Hüseynov: “Köhnə dondurmalar satışa çıxarılıb” - FOTO25-04-2023, 16:02 |
Son vaxtlar havaların isti keçməsi ilə əlaqədar olaraq dondurma satışının artdığı müşahidə olunur. Lakin hazırda bazardakı dondurmaların yeni istehsal olunduğu şübhə doğurur. Hətta istehlakçılar bəzi mağazaların ötənilki dondurmaların istehsal tarixini dəyişdiyini və yeni məhsul kimi satdığını iddia edirlər. Beləliklə, biz bilmədən ötən ildən qalmış dondurmaları ala bilərik. Bəs belə neqativ halların qarşısını necə almaq olar? Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakupost.az-a açıqlama verib. O, bu cür arzuolunmaz halların mövcud olduğunu bildirib: “Vaxtı keçmiş qidalar insanlarda mədə-bağırsaq və digər xəstəliklərin yaranmasına səbəb olur. Dondurmanın yeni və ya köhnə olması onun üzərindəki istehsal tarixindən bilinir. Vaxtı keçmiş dondurmanın satışı qadağandır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələyə nəzarət edir. Amma ehtimal etmirəm ki, bəzi iş adamları qışda dondurma istehsal ediblər və indi bazara çıxarırlar. Yəni xüsusi yerdə mənfi temperaturda saxlanmış dondurmaların satışa çıxarılması barədə iddialar doğru ola bilər”. E.Hüseynov vətəndaşlara belə hallar yaşandıqda müvafiq qurumlara məlumat verməyi tövsiyə edib: “Əgər dondurma əvvəl istiyə məruz qalıb, sonra yenidən dondurulursa, bunun satışı qadağan olunmalıdır. Belə məhsul satan şəbəkəni minimum 1500 manat cərimə gözləyir. Vətəndaşları bu cür şübhəli vəziyyətlər zamanı AQTA-nın qaynar xəttinə məlumat verməyə çağırıram”. Şəffaflıq.az Geri qayıt |