Əsas Səhifə > İqtisadiyyat > Bakı Limanının tikintisinin ikinci fazasının yekunlaşacağı tarix açıqlandı

Bakı Limanının tikintisinin ikinci fazasının yekunlaşacağı tarix açıqlandı


17-04-2023, 16:45


“Limanın tikintisinin ikinci fazası ilin sonuna qədər yekunlaşacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, işlər yekunlaşandan sonra qərar veriləcək ki, liman hansı modelə görə inkişaf etdirilsin.

T.Ziyadov qeyd edib ki, ikinci fazada konteynerlərin aşırılması ilə bağlı ciddi işlər görüləcək:

“Çünki Çindən Avropaya yüklər, əsasən, konteynerlərlə göndərilir. Hazırda Bakı Limanının konteyner aşırma qabiliyyəti 100 min TEU konteynerdir. Ötən il Bakı Limanından 62 mindən çox konteyner keçib, bu isə onu göstərir ki, ikinci fazaya hazırlıq görülməlidir”.

Nəzrin Vahid

Şəffaflıq.az


Geri qayıt