Əsas Səhifə > Gündəm > Şamaxıda Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ixtisaslaşdırılmış kurslar davam edir
Şamaxıda Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ixtisaslaşdırılmış kurslar davam edir16-10-2019, 23:29 |
![]() Şəffaflıq.az xəbər verir ki, kursun ikinci günündə seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri mövzusunda rayon polis idarəsinin rəisi Şahin Mirzəyev çıxış edib, iştirakçıların maraqlandıqları məsələlər barədə ətraflı məlumat verib. ![]() Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı MSK tərəfindən keçirilən üçgünlük kurslar dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.AZƏRTAC Geri qayıt |