Əsas Səhifə > Gündəm > "Mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq” - Bakı polisindən AÇIQLAMA

"Mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq” - Bakı polisindən AÇIQLAMA


15-10-2019, 18:51
     “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”.
Şəffaflıq.az xəbər verir ki, bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O vurğulayıb ki, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir: “Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir”.
 
Geri qayıt