Əsas Səhifə > Kriminal > Gədəbəydə müəllimə və həyat yoldaşının meyitləri tapıldı

Gədəbəydə müəllimə və həyat yoldaşının meyitləri tapıldı


8-04-2023, 10:28


Gədəbəydə evdən iki meyit tapılıb. 

Şəffaflıq.az -ın məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib. 

Meyitləri tapılan şəxslər kənd sakinləri - 1959-cu il təvəllüdlü Oktay Əliyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Məryəm Məmmədovadır.

Onların dəm qazından öldüyü bildirilir. 

Qeyd edək ki, qadın kənd məktəbində müəllimə, kişi həmin təhsil müəssisəsində texniki işçi kimi çalışıblar.

Samir İsayev


Geri qayıt