Əsas Səhifə > Hadisə > Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürdü

Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürdü


15-10-2019, 07:33
 Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb.
Hadisə "Sumqayıt stansiyası" adlanan ərazidə baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Quliyev Ramazan Sabir oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü ərazini tərk edib.
Faktla bağlı araşdırma aparılır (Report).
Geri qayıt