Əsas Səhifə > Siyasət > TDT: “Matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə şəhidlərimizi yad edirik” - FOTO

TDT: “Matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə şəhidlərimizi yad edirik” - FOTO


31-03-2023, 10:05


“Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə şəhidlərimizi ehtiramla yad edirik”.

Bu fikir Türk Dövlətləri Təşkilatının (TDT) “Twitter” hesabındakı 1918-ci ilin martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümü ilə bağlı paylaşımında yer alıb.

“Bu gün (təşkilatın - red.) təsisçi üzv dövlətimiz olan Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günüdür. Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirən bütün şəhidlərimizi dərin ehtiram və rəhmətlə yad edirik”, - paylaşımda qeyd olunur.


 

Şəffaflıq.az


Geri qayıt